24 C
Bakı
23 İyun 2025 19:09
Dünya

Piknik edən ailə qorxulu anlar yaşadı: ayı yeməklərini yedi – ANBAAN VİDEO

 

Meksikada ekoloji parkda piknik edən ailənin süfrəsinə ayı gəlib.

Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, ayı yeməyi yeyərkən masadakı qadın və uşaq donub qalıb.

Onların hərəkətsizcə ayının getməsini gözlədiyi anlar anbaan lentə alınıb.

Yeməyi yedikdən sonra ayı heç kimə zərər vermədən hadisə yerindən uzaqlaşıb.

Səlahiyyətlilər piknik edənlərin hadisə zamanı yerində dayanaraq düzgün hərəkət etdiklərini, ayıların insanları təhlükə olaraq görmədiklərini bildiriblər.

Qeyd edək ki, Meksikanın şimalındakı Nuevo Leon əyalətində ayıların yaşayış məntəqələrinə enməsi və ərazidə yaşayan insanlara yaxınlaşması kimi hadisələr tez-tez baş verir.

Oxşar xəbərlər

Ceki Çanın son halı sevənlərini təəccübləndirdi

redaktor

“Klon”un Zoraydesi vəfat etdi

redaktor

Çexiya – Praqa universitetdə atışmada 15 nəfər öldü – Yenilənib + Foto

admin