Müsahibə

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Qol.az “Areanapoli”yə istinadən xəbər verir ki, o, yığmanın Avro-2024-dəki oyunları haqda da danışıb:

 

“Belçikaya qarşı matçda şanssız qola görə məğlub olduq. Amma həqiqətən də çox yaxşı oynamışdıq. Rəqibimiz olduqca səviyyəli komandadır. Bu cür səviyyəli komandalara qarşı kiçik boşluqlar vermək olmaz. İndi bizi dişimizə uyğun olan Estoniyaya qarşı oyun gözləyir. Ardınca isə Avstriya ilə qarşılaşacağıq. Qol buraxmamaq ümidi ilə vəzifəmizi yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-ü Estoniya, oktyabrın 16-ı Avstriya ilə qarşılaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Mircavadov: “Get-gedə millidə eniş olacaq”

admin

“Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi yenilənəcək” – Elxan Şahinoğlu

admin

Samir Abasovdan “Sabah”a və Murad Musayevə sərt sözlər: “Cənab baş məşqçi…”

admin