29 C
Bakı
11 Avqust 2025 15:57
Hadisə

Yaşar Əhmədliyə “Amazon” şirkətində vəzifə verildi .

Lüksemburqda yaşayan azərbaycanlı sənaye mühəndisi Yaşar Əhmədli “Amazon” şirkətində vəzifəyə təyin olunub.

O şirkətdə “senior data scientist” vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Y.Əhmədlinin Təchizat Zəncirlərinin İdarə Edilməsi üzrə 8 ildən çox iş təcrübəsi var. O, dünyaca məşhur Massaçusetts Texnologiya İnstitutu (MIT) məzunudur. Simulyasiya və riyazi optimallaşdırma üzrə böyük şirkətlərdə təcrübəsi var. Data Elmi, Riyaziyyat və Statistika sahələri üzrə geniş biliklərə sahibdir. Bundan əlavə Python dilində proqramlaşdırma işləri görür.

Bulud (cloud) sistemləri üzrə təcrübəsi var. Lean Six Sigma Yaşıl Kəmər sertifikatına sahibdir.

Pedaqoji bacarıqlara sahibdir, bir məqaləsi top jurnallardan birində çap edilmişdir.

Y.Əhmədli altı dildə səlis danışır, fərqli ölkələrdə, fərqli xalqlarla iş təcrübəsinə malikdir.

Azərbaycanlı alim 2022-ci ildən “Amazon” şirkətində çalışır. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda karantin rejimi bir daha uzadıldı.

admin

“Sako” ləqəbli tiktoker həbs edildi

admin

Cavan Zeynallının həyat yoldaşı vəfat etdi

redaktor