21 C
Bakı
22 İyun 2025 01:02
Maqazin

“Qənirə xanım güldü, “Allah nə yazıbsa, o da olacaq” dedi”

 

“10 il bundan öncə “Ağla mənim üçün, bu şəhər və sən” layihəsini Qənirə xanımın arzusu ilə hazırlayanda, ona niyə belə yazırsan, niyə əlvida deyirsən bacım söylədim. Axı düşər-düşməzi olar… Bəzən dinlədiyimiz, ifa etdiyimiz nəğmlər öz həyatımızı da özünə bənzədir sanki… Yazma belə dedim ona. Güldü “ay bacı, Allah nə yazıbsa, o da olacaq” dedi”.

Tacxeber.com xəbər verir ki, sözləri əməkdar artist Aybəniz Haşımova komaya düşən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə bağlı paylaşdığı yazıda qeyd edib.

“İndi Biz də Allaha dua edirik. Nə olar, sənə rəhm eləsin, səni Tehran anaya bağışlasın. Vaxtından öncə söylədiyin bu əlvida yalan olsun. Qayıt yerinə qoy bütün yarım qalanları… Qayıt gözləri yol çəkən ananın gözlərini yoldan yığ. Qayıt çarəsiz, dərdinə boynu bükük qoyduğun bacın, qardaşını dərddən qurtar. Qayıt sənin üçün ağalar qalan evinə-eşiyinə dön. Sənin üçün körpətək ağlayan dostlarına qayıt” – deyə əməkdar artist qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Mənim qədər pul qazanan var?!“ – Şəbnəm

redaktor

Azərbaycanlı aktrisa: “Anam içib, gecələr məni körpəmlə küçəyə atırdı” – VİDEO

redaktor

“Bu ədalətsizliyi edib insanların üzünə necə baxırlar, anlamıram” – VİDEO

redaktor