24 C
Bakı
14 Avqust 2025 01:23
Siyasət

İran İsrailin uğurlu “Mossad əməliyyatı” ilə bağlı xəbərlərini təkzib etdi

İran İsrail mediasının İranın Xürrəmabad şəhərində “uğurlu Mossad əməliyyatı” ilə bağlı xəbərlərini təkzib edib.

İRNA-nın verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmik Məlumat Bazası İdarəsi ötən gecə İranın qərbində yerləşən Xürrəmabad şəhərində partlayışın baş verməsi ilə bağlı iddiaları təkzib edərək, yeraltı təkanların 2,5 bal gücündə zəlzələ nəticəsində baş verdiyini bildirib.

 

“Dünən gecə Xürrəmabad şəhərində baş verən yeraltı təkanların səbəbi Rixter cədvəli üzrə 2,5 bal gücündə zəlzələ olub”, – deyə rəsmi bildirib.

O əlavə edib ki, kiçik zəlzələlər adətən hiss olunmur, lakin dayaz dərinliklərdə baş verəndə insanlar onu hiss edirlər.

Bir sıra Qərb və İsrail KİV-ləri “Mossad agentliyi”nin pilotsuz uçuş aparatlarından istifadə edərək uğurlu əməliyyat həyata keçirdiyi ilə bağlı məlumat dərc ediblər. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

Qoryuşina: Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq

redaktor

Tayvan və Çin hərbi qarşıdurmanın bir addımlığında

admin

Tural Abbaslı istefalardan danışdı: “Bu sifarişdir?”

redaktor