15 C
Bakı
30 Mart 2026 21:31
Sağlamlıq

Epidemioloq qripə qarşı peyvəndin təsir müddətini açıqladı

 

Qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur, çünki peyvənd altı aydan doqquz aya qədər təsirini saxlayır.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı epidemioloq Nikolay Denisyak bildirib.

Epidemioloq hər il qripdən qorunmaq üçün peyvənd prosedurunun vacibliyini xatırladıb. Onun sözlərinə görə, immunitet adətən peyvənddən sonra iki həftə ərzində yaranır.

Mütəxəssis onu da qeyd edib ki, tibb işçiləri peyvəndlənmə səviyyəsinin artırılması üçün müxtəlif yerlərə, xüsusən də müəssisə, təşkilatlara, uşaq bağçalarına, məktəblərə səfər edən tibbi qruplar yaradırlar.
İnfeksionist Nikolay Çekun qeyd edib ki, 2023-2024-cü illər üzrə qrip mövsümü ərzində H1N1, H3N2 və B virusunun iki yeni ştammı da daxil olmaqla dörd yeni qrip ştammının yaranması gözlənilir. Onlar yüksək temperatur, xəstəliyin qəfil başlaması, güclü intoksikasiya, daha sonra öskürək, burun axması və boğaz ağrısı kimi simptomların yaranması ilə əlaqələndirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Zeytun yağının yeni bir sağlamlıq faydası ortaya çıxıb

redaktor

Qaraciyər 500 funksiya yerinə yetirir – Həkim

redaktor

Azərbaycanda yeni XƏSTƏLİK: Dərmanı tapılmır, aylıq 2000 manat xərc tələb edir – VİDEO

redaktor