Siyasət

“Rusların regiondan çıxarılması üçün bütün qüvvələr hərəkətə keçdi” – Gevondyan

Qarabağ ermənilərinin Ermənistana kütləvi axını haqqında materaillar tirajlayan Ermənistan mətbuatı bununla növbəti dezinformasiya yayır. Guya Qarabağda etnik təmizləmədən narahat olanlar, əslində, siyasi manipulyasiya etməyə çalışırlar. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlar ölkəmizə reinteqrasiya edəcəklər. Ermənistandakı qüvvələr isə nəyin bahasına olursa-olsun vəziyyəti fərqli şəkildə təqdim etməyə çalışırlar.

Erməni politoloq Alen Gevondyan bildirib ki, Ermənistan Qarabağdakı erməniləri qəbul etməyə hazırdır.

Eyni zamanda qeyd edib ki, Qarabağda yaşayan ermənilər getsə, biz nəinki Qarabağı birdəfəlik itirəcəyik, həm də Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına şərait yaradacağıq.

“Əgər regionda güc balansı pozulsa, o zaman Qərb bölgəni istədiyi kimi formalaşdıracaq. Rusiyanın regiondan sıxışdırılması ilə bağlı bəzi qüvvələr hərəkətə keçib. Yerli sorosçular isə nəyin bahasına olursa-olsun Qarabağdan ermənilərin tez təxliyəsi ilə bağlı çağırışlar edirlər”, – deyə Gevondyan bildirib. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya adlı xalqlar həbsxanasının parçalanması nə üçün zəruridir?

redaktor

Britaniya Rusiyaya hücum üçün F-35-dən üstün yeni qırıcı təyyarə yaradır

redaktor

Bloomberg: Tramp seçkidə qalib gələrsə, Aİ-yə qarşı cəza tədbirləri görəcək

admin