12 C
Bakı
29 Mart 2026 05:39
Dünya

Rus admiral və 34 zabit öldürüldü.

Sentyabrın 22-də Sevastopolda Qara dəniz Donanmasının qərargahının vurulması nəticəsində donanmanın komandanı, vitse-admiral Viktor Sokolov ölüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvəsi məlumat yayıb.

“Donanma qərargahının vurulmasından sonra Qara dəniz Donanmasının komandanı daxil olmaqla, 34 zabit ölüb. Daha 105 nəfər isə yaralanıb. Qərargahın binası tamamilə dağılıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, raket zərbələri nəticəsində “Minsk” böyük desant gəmisi də məhv edilib. Halbuki gəmi hücumdan bir gün sonra şəxsi heyətlə birlikdə döyüş növbətçiliyinə çıxmalı idi. Gəmidəki canlı qüvvə itkisi 62 nəfər təşkil edib.

Qeyd edək ki, sentyabrın 22-də Ukrayna tərəfi Sevastopolun “Storm” raketləri ilə atəşə tutulduğunu bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın hansı rayonlarında neçə ballıq zəlzələ ola bilər? – SEYSMOLOJİ XƏRİTƏ

redaktor

Fransanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

redaktor

Selçuk Bayraktar zərərçəkənlərə 1000 mənzil bağışlayır – Video

redaktor