10 C
Bakı
25 Mart 2026 11:52
Dünya

Ruben Vardanyan qadın qiyafəsində Qarabağdan qaçmağa çalışıb

 

Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib. Lakın SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb.

Vardanyanın qadın geyimi seçməsi təsadüf deyil. Hiyləgər separatçı çox gözəl bilir ki, Azərbaycan əsgəri mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının da zərgər dəqiqliyi ilə işlədiyindən xəbərdardır. Buna görə də qadın paltarı ilə qaçmaq niyyətinin puça çıxacağını, gec də olsa, anlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə Ukrayna bayrağı yoxa çıxdı: Görün haradan tapıldı

redaktor

Zelenski: Ukraynanın yenidən parçalanmasına imkan verməyəcəyik

redaktor

İran Ermənistana silah göndədir – ANBAAN VİDEO

redaktor