Kriminal

İtaliya mafiyasının bosu 63 yaşında vəfat etdi

“Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro uzun sürən xəstəlikdən sonra İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

 

Məlumata görə, italiyalı Denaro 2020-ci ilin sonunda ona diaqnoz qoyulan yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkib. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub. Ölümdən öncə üç gün komada qalıb. Ömrünün son günlərində onun yanında kiçik qızı Lorentsa Alanya və bacısı Covanna olub.

Cümə günü mafioz sonrakı müalicə və qidalanmadan imtina edib və sağalmaz elan edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Avtobusda məktəbliyə qarşı əxlaqsızlıq: “Yaxası pis bağlanmışdı…”

redaktor

Rusiya Odessa limanında Panama gəmisini vurub, ölən və yaralananlar var – Nazir dünyaya səslənib

redaktor

Şirvanda 55 nəfər saxlanılıb – Kriminal statistika

redaktor