Sentyabrın 25-də səhər İrəvanda hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları yenidən başlayıb.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı polis 53 nəfəri saxlayıb.
“Saat 09:00-a olan məlumata görə, 53 nəfər saxlanılıb”, – polisin məlumatında deyilir.
Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polis idarəsinə aparılıb.
Qeyd edək ki,sentyabrın 19-dan İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar Qarabağı təslim etməkdə ittiham edərək hakimiyyətin istefasını tələb edirlər. (Konkret)