12 C
Bakı
29 Mart 2026 22:08
Cəmiyyət

Əhali arasında yeni virus yayılıb – XƏBƏRDARLIQ

Əhali arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb.

Maraqlıdır uşaqlar və yeniyetmələr arasında sürətlə yayılan hansı xəstəlikdir?

Həkim Səxavət Xəlilli “Xəzər TV”yə bildirib ki, ümumilikdə hər il payız mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma dinamikasında müəyyən qədər artım olur.

Həkimin sözlərinə görə, bu, mövsümi xəstəlik olaraq qiymətləndirilir.

Qeyd olunub ki, qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi hallar davamlı olacağı tədqirdə mütləq həkimə mürəciət edib təyinatı dəqiqləşdirmək lazımdır.

Xüsusi risk qrupundan olan insanlara gəlincə, Səxavət Xəlilli deyib ki, 5 yaşa qədər olan uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar mövsümi qripə qarşı peyvənd oluna bilərlər.


Tacxeber.com

Oxşar xəbərlər

“Moskvanın düşməni olmaq təhlükəli, Moskvanın dostu olmaq ölümcül təhlükəlidir”

redaktor

Təhsil Nazirliyinin əməkdaşı dələduzluq etdi.

admin

Tofiq Yaqublu yazır:

admin