25 C
Bakı
11 Avqust 2025 09:09
Siyasət

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

 

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.

Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Çavuşoğlu səfirliyə hücuma görə İrana çağırış etdi

redaktor

Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? – TƏHLİL

redaktor

“Haber Global”: “Azərbaycan Qərbin ikili standartlarına göz yummadı” – VİDEO

redaktor