Dünya

Mask türkcə bilən işçi axtarır – Maaşı…

 

“SpaceX” şirkəti Türkiyədə Starlink internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır.

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, “SpaceX” “müştəri xidmətləri” və “müştəri nümayəndəsi” adlı vəzifələr üçün iş elanları dərc edib.

Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb. İş elanında əmək haqqı açıqlanıb.
Müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində “SpaceX” ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı politoloq Vardanyanı ifşa etdi – VİDEO

redaktor

“İsrail və İran tam atəşkəsə razılaşıblar”

redaktor

ABŞ Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır

redaktor