Dünya

Bayden: Mən sinaqoqda böyümüşəm

 “New York Post” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O, yəhudi təqvimi ilə Yeni il bayramı başlamazdan əvvəl bir qrup ravvin qarşısında çıxış edərkən bildirib: “Mən əyalətimdə sinaqoqda böyümüşəm. Zarafat etdiyimi düşünürsüz, amma yox, elə deyil”.

ABŞ-ın Delaver ştatındakı Uilminqton şəhərindəki Bet Şalom ravvinlərinin adlarını sadalayan 80 yaşlı prezident deyib: “Bu sinaqoq mənim üçün çoxlu dostun evidir. Mən həmişə inanmışam ki, bu universal bayramın mesajı tövbə etmək, dəyişmək və yenidən başlamaq üçün heç vaxt gec deyil mənası verir”.

Co Bayden 2007-ci ildə yazdığı “Yerinə yetiriləcək vədlər” adlı xatirə kitabında bir dəfə də olsun sinaqoq sözünü işlətmir və 7 dəfə “yəhudi” sözündən istifadə edib O, kitabda bircə dəfə “Bet Şalom” ifadəsini də xatırlatmayıb.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ: Ermənistan şərti sərhədə texnika və canlı qüvvə toplamaqda davam edir –  VİDEO

redaktor

İlham Əliyevlə müzakirə asan olmadı – Paşinyan

redaktor

Ərdəbilin imam-cüməsi “xortladı” – sərsəm ittihamlar

admin