26 C
Bakı
21 İyun 2025 19:56
Bölmə seçilməyib

Rusiyada ikinci qiyam – “Vaqner”dən sonra onlar meydana çıxır

“Rusiyada yeni qiyam yaranır, bu da onun parçalanmasına gətirib çıxaracaq. Bu dəfə “vaqnerçilər” kimi Moskvaya yürüş olmayacaq”.

Bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

“Düşünürəm ki, bu dəfə yürüş olmayacaq. 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayaq. Orada artıq 1991-ci ildə olduğu kimi “QKÇP qruplaşması” yetişməkdədir, toplaşırlar, bu, məlum faktdır. Biz bunu kimin idarə etdiyini, necə baş verdiyini bilirik”, – Danilov qeyd edib.

Danilovun proqnozuna görə, Rusiyada yeni qiyamın baş verməsi qısa zaman işidir, proseslərə artıq start verilib:

“Avropada dəbdəbəli, başqa həyata öyrəşmişdilər. İndi isə bütün dünyada getdikləri yerlərdən qovulurlar. Artıq ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazilərinə daxil olmasını qadağan edirlər. Üstəlik, ölkəmizi hərbi cəhətdən məğlub edə bilməyəcəklər. Buna görə də Rusiyada qiyamın nə vaxt baş verəcəyi məsələsi qısa zaman işidir. Görək saat neçədə olacaq, amma orada proseslər artıq başlayıb”.

Aleksey Danilov əmindir ki, heç kim bu proseslərə təsir göstərə bilməyəcək, dünya mütləq Rusiyanın parçalanmasını görəcək. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukrayna cəbhəsində döyüşmək üçün Çin, İran, Keniya kimi ölkələrdən muzdlular cəlb edir.

admin

Zalujnının istəyi Pentaqon rəhbərini şoka saldı.

admin

Araik Arutyunyanın həbsinə hazırlıq gedir – VİDEO

redaktor