Dünya

Ukrayna ordusu rus ordusuna yenə imkan vermədi

Ukrayna Silahlı Qüvvələri Kleşiyevka ərazisində rus işğalçılarının bir sıra hücumlarını uğurla dəf edib və onlara Andreyevka ərazisində itirilmiş mövqelərini bərpa etməyə imkan verməyib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Gün ərzində 20-dən çox hərbi toqquşma baş verib:

“Düşmən Donetsk vilayətinin Baxmut bölgəsinə hava zərbəsi endirib, 10-dan çox yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.

İşğalçılar, xüsusən də Kupyanski istiqamətində Xarkov vilayətinin Berestovoy, Kopanka və Şeykovka ərazilərinə, Liman istiqamətində isə Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Novosadovı yaxınlığında aviazərbələr endiriblər”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Psixoloq: “Valideynlərlə yaşamasanız, bütün xəstəliklər bədəninizdən çıxacaq, heç həkim lazım olmayacaq”

redaktor

Azərbaycanda universitetdə tələbələrə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? – RƏSMİ

redaktor

“Bermud üçbucağı”nda kimsəsiz “Kabus gəmi” aşkarlandı – VİDEO

admin