21 C
Bakı
22 İyun 2025 05:40
Siyasət

“Ermənilər Qarabağ problemindən çox yorulublar” – Avropa eksperti

 

“Ermənilər Qarabağ problemindən çox yorulublar. Onların bəziləri Qarabağı yük kimi, ölkənin normal inkişafına imkan verməyən dolaşıq kimi qəbul edir, ən uzun iki sərhədin bağlanmasına, Ermənistanın regional iqtisadi dövrədən çıxmasına gətirib çıxarır”.

Tacxeber.com xəbər verir ki, bu barədə Polşanın aparıcı analitik mərkəzlərindən biri – OSW-nin eksperti Voyçex Qureski bildirilib.

O vurğulayıb ki, Ermənistandan bir dənə də olsun mühüm magistral keçmir: “Ermənistan regional layihələrdən faydalanmır. Məsələn, Xəzər qazı Azərbaycandan Gürcüstan vasitəsilə gəlir, baxmayaraq ki, o, Ermənistandan keçə bilərdi”.

Sözügedən ekspert Polşa Şərqi Avropa Araşdırmaları Mərkəzi OSW-nin Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə baş mütəxəssisidir. Keçmişdə 2002-2007-ci illərdə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin şərtlərini araşdırmaq üzrə Aİ nümayəndəliyində ekspert olub. 2002-2007-ci illərdə Polşanın Bakıdakı səfirliyinin birinci katibi, sonra müşaviri olub.

Tacxeber.com

Oxşar xəbərlər

İran İsrail ordusunun məxfi bazalarının FOTOsunu yaydı

redaktor

Ukraynadan “F-16”larla bağlı ŞOK AÇIQLAMA – Cəbhə xəttinə 40 km-dən çox yaxınlaşa bilməyəcək FOTO

admin

Hadı Rəcəbli vəfat etdi

redaktor