İdman

Tofiq Musayevlə Nəriman Abbasovun rəqibləri açıqlandı.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçülərinin “Rizin” turnirindəki növbəti rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz Vüqar Kərəmov, Tofiq Musayev və Nəriman Abbasov noyabrın 4-də “Rizin” çərçivəsində Bakıda təşkil olunacaq “Landmark 7” turnirində qüvvəsini sınayacaqlar.

Milli Gimnastika Arenasında keçiriləcək turnirin əsas döyüşündə Kərəmov yaponiyalı Çihiro Suzukini sınağa çəkəcək. İki ay öncə dünya çempionu kəmərinə yiyələnən idmançımız titulunu qorumaq üçün mübarizə aparacaq.

Musayevin də rəqibi Yaponiya təmsilçisi olacaq. O, Toji Takeda ilə döyüşəcək. Abbasov isə rusiyalı Ali Abdulxalikovu sınağa çəkəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Messi “eşşək” adlandırdığı şəxsə görə televiziya verilişindən İMTİNA ETDİ

redaktor

“Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək” – Murad Musayev

admin

Fransada 3 qol – Video

admin