25 C
Bakı
23 İyun 2025 14:43
Dünya

Rusiyanın hərbi gəmilərinə hücumlar olacaq.

Ukrayna Rusiya hərbi gəmilərinə daha çox dron hücumları həyata keçirəcək.

 

Bunu Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov deyib.

O bildirib ki, 2023-cü ildə Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı ötən illə müqayisədə 100 dəfədən çox artıb:

“Hesab edirəm ki, bu ilin sonuna qədər əvvəlki illə müqayisədə təxminən 120-140 dəfə artım olacaq”.

Fyodorov qeyd edib ki, Ukrayna hətta rabitə pozulsa belə, bir neçə kilometr məsafədə hədəfləri tapa və ora PUA göndərə bilən süni intellekt sistemlərini sınaqdan keçirir:

“Aldığımız dronların bəziləri hədəfləri tanımaq üçün süni intellektdən istifadə edir. Süni intellekt meşədə hədəfi aşkarlaya və onun kimliyini – insan, tank və ya xüsusi bir nəqliyyat vasitəsi olduğunu müəyyən edə bilər. Bu texnologiyalardan fəal şəkildə istifadə olunur”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Atletiko” “Borussiya”ya, PSJ “Barselona”ya qarşı

admin

Hitlerin intihar səhnəsi qurma olub? – Həqiqətlər və faktlar

redaktor

Sevastopola hücum: Rusiyanın daha bir gəmisi vurulub

redaktor