11 C
Bakı
31 Mart 2026 00:26
Dünya

Rusiyanın hərbi gəmilərinə hücumlar olacaq.

Ukrayna Rusiya hərbi gəmilərinə daha çox dron hücumları həyata keçirəcək.

 

Bunu Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov deyib.

O bildirib ki, 2023-cü ildə Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı ötən illə müqayisədə 100 dəfədən çox artıb:

“Hesab edirəm ki, bu ilin sonuna qədər əvvəlki illə müqayisədə təxminən 120-140 dəfə artım olacaq”.

Fyodorov qeyd edib ki, Ukrayna hətta rabitə pozulsa belə, bir neçə kilometr məsafədə hədəfləri tapa və ora PUA göndərə bilən süni intellekt sistemlərini sınaqdan keçirir:

“Aldığımız dronların bəziləri hədəfləri tanımaq üçün süni intellektdən istifadə edir. Süni intellekt meşədə hədəfi aşkarlaya və onun kimliyini – insan, tank və ya xüsusi bir nəqliyyat vasitəsi olduğunu müəyyən edə bilər. Bu texnologiyalardan fəal şəkildə istifadə olunur”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Krokus” cinayətkarları Tacikistanda yaxalandı

redaktor

Vitali Balasanyanın “QƏLƏMİ QIRILDI”: Ermənistan Milli Təhlükəsizlik Xidmətində.

admin

Avropa ölkəsində “Telegram”, “WhatsApp” və “Signal” proqramları qadağan olundu.

admin