Dünya

Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib

 

Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməni əsilli köməkçisi təxribat törədib.

“Report”un yerli bürosu bildirir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.

Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.

Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edir.

Tacxeber.com

Oxşar xəbərlər

Zakir Həsənov: “Qardaş yumruğu”nun regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminində böyük rolu var”

redaktor

“Seçilməsəm, ölkə qan gölünə çevriləcək” – Tramp amerikalıları HƏDƏLƏDİ

redaktor

Lukaşenko hərbçilərə vətəndaşlara qarşı silah istifadə etməyə icazə verdi

redaktor