12 C
Bakı
29 Mart 2026 00:23
Dünya

İran prezidenti Rəisi ABŞ-a səfər edəcək

İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün bazar ertəsi gecə Nyu-Yorka səfər edəcək siyasi nümayəndə heyətinə başçılıq edəcək.

Bu barədə “İRNA” agentliyi məlumat verib.

Bildirilir ki, prezidentin gündəliyində Baş Assambleyanın iclasında çıxışı, müxtəlif ölkələrin liderləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşü var.

Rəisi ABŞ-da siyasi, mədəniyyət və din xadimləri ilə də görüşməyi və medianın suallarını cavablandırmağı planlaşdırır.

UNGA-nın illik iclası böyük beynəlxalq tədbir kimi siyasi məsələlərin müzakirəsi üçün münasib fürsət hesab olunur. Sentyabrın 19-dan 25-dək Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək. (Bizimyol)

Tacxeber.com

Oxşar xəbərlər

Dörd erməninin Ermənistana verilməsinin ŞOK SƏBƏBİ – İKİ VERSİYA

redaktor

ABŞ–İran gərginliyi ticarət müharibəsinə çevrilir

redaktor

Putin cəbhə xəttinə “nüvə qatarı” göndərdi

admin