24 C
Bakı
23 İyun 2025 20:52
Siyasət

“Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayacaq” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sülh sazişinin imzalanma perspektivindən danışıb. Hökumət başçısı deyib ki, mövcud şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sazişinin bağlanması real deyil.

Tacxeber.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında iki ölkə arasında sülh sazişinin imzalanmasıyla bağlı məsələnin gündəmdə olmadığını bildirib.

Paşinyan qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

“İrəvanın prioriteti sülhə nail olmaqdır. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda – bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.

Baş nazir iki ölkə arasında intensiv danışıqların davam etdiyini vurğulayıb. “Ümid edirəm ki, tərəflər məsələnin həllinə nail olacaqlar”, – deyə Ermənistan hökümətinin başçısı fikrini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Utansınlar, Sinan Oğanı ittiham edənlər diktator fikirlidirlər” – Elman Nəsirov

redaktor

Seçkidə bütün partiyalar qazandı, onlar itirdi… – Foto

redaktor

Zelenski İngiltərə baş naziri ilə görüşdü.

admin