Dünya

Ərəb şeyxi özünə nəhəng avtomobil düzəltdirdi – VİDEO

Əbu-Dabidən olan şeyx Həməd özünə nəhəng “Hummer” avtomobili düzəltdirib.

Məlumata görə, onun uzunluğu 14 m, eni 6 m və hündürlüyü 7 m-dir.

Avtomobilin içərisində qonaq otağı, mətbəx, duş, tualet və hətta bar var.

Qeyd olunur ki, bu nəhəng yolsuzluq avtomobili normal analoqları kimi hərəkət edir. O, artıq şeyx Həmədin 3000-dən çox avtomobildən ibarət şəxsi kolleksiyasında eksponata çevrilib. Onların hamısı səhranın ortasında nəhəng piramidaya bənzəyən binada dayanıb.

“Hummer” hazırda BƏƏ-nin Əl Madama şəhərindəki Yolsuzluq Avtomobilləri Tarixi Muzeyində nümayiş etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Onunla şouya çıxmaq istəməyən Kirkorovu fotolarla ifşa etdi – Foto

admin

Rus oliqarxlar müharibə başlayandan 93 milyard dollar itiriblər

admin

Onlar Rusiyaya qarşı hakerlər açacaqlar: Böyük Britaniya kibermüharibə komandanlığı yaradır

redaktor