10 C
Bakı
27 Mart 2026 14:38
Dünya

Konqresdə yadplentli cəsədi ? – Dünyanı qarışdıran iddia .

Meksika Milli Muxtar Universiteti Meksika Konqresində yadplanetlilər adlandırılan mumiyaların nümayişini təkzib edib.

Tacxeber.com “Star” qəzetinə istinadla xəbər verir ki, açıqlamada mumiyaların yadplanetlilər olduğuna dair heç bir elmi sübutun olmadığı bildirilib.

Qeyd edilib ki, yadplanetlilər məsələsi son günlər mətbuatda geniş işıqlandırıldığı üçün universitetin Fizika İnstitutunun tərkibindəki laboratoriya tərəfindən 2017-ci ildə aparılan analizlərin nəticələri yenidən açıqlanıb. Açıqlamada, həmçinin laboratoriyada yaşlarını təyin etmək üçün Peruda mumiyaların üzərində karbon 14 testinin aparıldığı, ancaq testlə yalnız mumiyaların yaşlarının təyin oluna bildiyi vurğulanıb.

Məlumata görə, bu sınaq nəticəsində mumiyaların haradan gəldiyi barədə heç bir fikir əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, UNO tədqiqatları ilə məşğul olan meksikalı jurnalist Ceymi Mausn Meksika Konqresində bümayiş olunan iki mumiyanın yadplanetli cəsədi olmasının sübuta yetirildiyini iddia etmişdi. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

“Partlayış onlardan 150 metr aralıda baş verib, 5 nəfər ölüb” – Yenilənib

redaktor

Putin Trampın ultimatumuna ilk dəfə cavab verdi

redaktor

Dövlət Duması kriptovalyutanın müsadirə edilməsi imkanını nəzərdən keçirir

admin