2 C
Bakı
11 Fevral 2026 05:47
Siyasət

Amerikalı senator: Azərbaycan bizim üçün vacib ölkədir

 

“Biz həm Azərbaycanla, həm də Ermənistanla güclü strateji əlaqələrə malik olmaq istəyirik. Ermənistanla Rusiya arasında münasibətlərin geriləməsi fonunda bizim buna nail olmaq imkanımız var”.

Tacxeber.com xəbər verir ki, bunu amerikalı senator Ben Kardin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.

“Bu, mübahisəli ərazidə problemləri həll edərkən dəyərlərimizə sadiq olub-olmamağımız önəmlidir. Birləşmiş Ştatlar humanitar yardıma görə dəhliz açmaq üçün addımlar atmalıdır. Bununla belə, ilk növbədə nə istədiyimizi başa düşməliyik. Azərbaycan bizim üçün vacib ölkədir, lakin prezident Baydenin dediyi kimi, biz öz dəyərlərimizi rəhbər tutmalıyıq”, – senator qeyd edib.

O əlavə edib ki, ABŞ həm Ermənistan, həm də Azərbaycanla strateji əlaqələri inkişaf etdirməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Sülh müqaviləsinin təxirə salınması qeyri-müəyyənliyi uzadır – Rusiyanın davranışı niyə şübhəlidir?

redaktor

Milli Məclisin yeni sədri bu tarixdə seçiləcək: İki deputat daha şanslıdır – ADLAR

redaktor

Avropa İttifaqında Gürcüstanla vizasız rejiminin ləğvini düşünürlər.

admin