Dünya

Separatçı Arayik Arutyunyan adı “Sülhməramlı” bazasına salındı

 

Azərbaycanın Qarabağ bölgəsində erməni quldurlarının keçmiş başçısı Arayik Arutyunyan “Sülhməramlı” məlumat bazasına daxil edilib.

O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur.

Saytda Arayik Arutyunyanın Ukrayna ərazilərinin işğalı ilə bağlı çoxsaylı təşviqat faktları təqdim edilib.

“Sülhməramlı” Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytında dərc edilmiş bu paylaşımı sözügedən şəxsin Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin  təhlükəsizliyinə və beynəlxalq hüquqa qarşı qəsdən hərəkətlər törətməsi, eləcə də digər qanun pozuntularına dair bəyanat kimi qiymətləndirsin”, – deyə məlumatda bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Kremldə savaş şiddətlənir – Putinə yaxın isimlə bağlı şok iddia

redaktor

İsrail: İran ən azı iki-üç illik imkanlarını itirdi

redaktor

Hollandiyada anti-Türkiyə, anti-İslam və ifrat sağçı “Motsart” seçildi.

admin