Cəmiyyət

İki oğlunu şəhid vermişdi, əkiz övladları oldu – FOTO

 

Vətən müharibəsində şəhid olan Çingiz və Cavid Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, yeni doğulan körpələrə Hüseyn və Zəhra adı verilib.

Qeyd edək ki, şəhidlərimiz Şəmkir rayonunun Yeniabad kəndindəndir. Böyük qardaş Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz Məmmədov isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar. Onların hər birinin iki övladı vətənə əmanət qalıb.


Oxşar xəbərlər

Bakıda qızılcaya görə heç bir məktəb bağlanmayıb – RƏSMİ

admin

“Zeytun” apteklərinə dərmanı baha satdığına görə protokol tərtib edildi

redaktor

“Turan projesi” Putinin masasında: “Tezliklə Moskvada…” – Sensasion iddia

admin