13 C
Bakı
30 Mart 2026 13:12
İdman

Azərbaycanda futbolçular arasında dava – VİDEO

Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümə start verilib.

“Qafqazinfo” xəbər verir ki, Yevlaxda keçirilən “Karvan” – “Mingəçevir” matçında dava düşüb.

Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.

Matçın baş hakimi bu davadan irəli gələrək üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlardan ikisi qonaqların, biri də meydan sahiblərinin “payına düşüb”.

Həmin anın görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

“Səbirsizliklə İranla oyunu gözləyirik” – Sautqeyt

admin

“Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar” – Qurban Qurbanov

admin

Messi “eşşək” adlandırdığı şəxsə görə televiziya verilişindən İMTİNA ETDİ

redaktor