11 C
Bakı
29 Mart 2026 12:18
Cəmiyyət

Saxta olduğu deyilən mesajları nazirlik göndərirmiş – FOTO

Sosial şəbəkələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti adından saxta mesajların göndərilməsi və mesajların təxribat xarakterli olması ilə bağlı məlumatlar paylaşılır. Mesajda qeyd olunan linkə keçid etməyin təhlükəli olduğu bildirilir.

Elektron Təhlükəsizlik Xidmətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən xəbərdarlıqlar qurumun özü tərəfindən göndərilir və saxta deyil:

“Sözügedən linkə keçid etməklə vətəndaşlar ikimərhələli təsdiqləməni aktivləşdirməyin qaydaları ilə tanış ola bilərlər”, – deyə açıqlamada qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Qız üstündə qətlə yetirilən Tural kimdir? – Qəribə tale

redaktor

Qarabağ ermənilərinə gələn mesaj onları panikaya saldı

redaktor

“Dedi ki, bir həkim tap, 8 min versin, onu sertifikasiya imtahanından keçirim” – Nazirliyə şok ittiham

redaktor