21 C
Bakı
23 İyun 2025 01:37
Siyasət

“Ərdoğan bundan sonra Paşinyana razılıq verdi” – Qeqamyan

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Söhbətin təfərrüatlarını bilməsək də, zəngin özü bir neçə vacib məsələni simvollaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

Ekspert söhbətdə əsas müzakirə mövzusunun Qarabağ olduğuna şübhə etmədiyini bildirib:

“Ermənistan bununla Türkiyənin Qarabağ prosesində tərəf olduğunu rəsmən qəbul etdi.

Erməni tərəfi Türkiyə prezidenti ilə söhbət etməklə Cənubi Qafqazda Türkiyənin təsir dairəsinin yayılmasını legitimləşdirdi. Bu, sırf Türkiyənin maraqlarından irəli gəlir. Türkiyə bizim daxili və xarici işlərimizə müdaxilələri artıracaq, bununla da Ermənistanı öz təsir dairəsinə daxil edəcək”.

Qeqamyan Paşinyanın Ərdoğanla danışmaq üçün günlərlə cəhd etdiyini söyləyib:

“Ermənistan baş naziri üç gün ərzində Türkiyə prezidenti ilə əlaqə saxlamağa çalışsa da, buna imkan verilməyib. Hansı şərtlərin yerinə yetirilməsi nəticəsində telefon danışığının baş tutduğu da məlum deyil”.

Tacxeber.com

Oxşar xəbərlər

Melonidən Tehranı qəzəbləndirəcək çağırış: Ən yaxşı ssenari hakimiyyətin devrilməsidir

redaktor

Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir

admin

Putinin “A planı” iflasa uğradı, “B planı” isə… – Rasmussen

redaktor