
Bakıda bir sıra dövlət qurumların tenderlərinin qalibi olan və “tender kralı” adını qzanan “Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) borc içində batır.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan “Bakinşaat Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 184 min 469 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisinin ölkədən çıxşına “stop” qoyulsa da, “Bakinşaat Group” MMC-nin əsil sahibi Yavər adlı sahibkardır.

O həmçinin Rusiyada otellər şəbəkəsinin də sahibidir. Onun Yessuntukidə sanatoriyası da var. Buna baxmayaq, həmin şəxs dövlətə və o cümlədən fərdi sahibkarlara olan borclarını qaytarmır. “Bakinşaat Group” MMC-ni isə öz köməkçisi Elşad Məmmədovun adına rəsmiləşdirib.
Hazırda Elşad Məmmədovun ölkədən çıxışına “stop” qoyulub. “Bakinşaat Group” MMC-nin əməkdaşlıq etdiyi şirkətlərə də külli miqdarda borcu yaranıb. Borc sahibləri müvafiq dövlət qurumlarına şikayətlərdə ünvanlasalar da, onların vəsaitləri MMC sahibi Yavər tərəfindən qaytarılmır.

