23 C
Bakı
24 İyun 2025 11:54
Dünya

Avropa Ukraynada rus hərbçilərin yaraladığı ayıya da sığınacaq verdi…- FOTOLAR

Şotlandiya zooparkı Ukraynanın Donetsk vilayətindəki Yampol kəndinin Rusiya tərəfindən işğalı zamanı çətinliklə sağ qalan Asiya mənşəli qara ayıya sığınacaq verəcək.

Moderator.az “CNN”-ə istinadla xəbər verir ki , gələn ilin əvvəlində ayı yeni evinə – Şotlandiyadakı “Beş bacı” zooparkına gedəcək .

Ukrayna hərbçiləri 2022-ci ilin oktyabrında Donetsk vilayətinin Yampol kəndində ayını xilas ediblər .

Sağ qalan bir neçə canlıdan biri də ağır yaralanan 12 yaşlı ayı idi. Heyvan qəfəsinin yaxınlığında mərmi partladığı üçün beyin sarsıntısı keçirmişdi.

Ukrayna hərbçiləri ayını dördayaqlı ayının reabilitasiyasını təmin edən “Uanimals” könüllülərinə və heyvan müdafiəçilərinə təhvil veriblər.

Tərk edilmiş şəxsi zooparkdakı 200 heyvanın, demək olar ki, hamısı aclıqdan və ya top atəşindən ölmüşdü.

Ayıya – tapıldığı kəndin şərəfinə Yampol adı verilib. O, əvvəlcə Lutsk zooparkında reabilitasiya edilib. Sonra o, Polşaya, Belçikaya aparılıb, indi isə Şotlandiya zooparkına aparılacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkənin tarixində ilk müsəlman baş nazir: Rəsmi iqamətgahda namaz qıldı, and içdi

redaktor

Kardaşyanın bacısının İsraillə bağlı paylaşımı başına bəla oldu – Silinən FOTO

redaktor

Litva gürcü diplomatlar və rəsmilər üçün vizasız rejimi ləğv etdi

admin