26 C
Bakı
13 Avqust 2025 05:25
Siyasət

Baqdasaryan: Qatillər Qarabağdan Ermənistana qaçır

 

Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının təhlükəli olduğunu qeyd edib.

Tacxeber.com xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

“Müharibədən 3 il keçir. Qarabağdan böyük bir satqın axını – Araikin “məmurları”, “generallar” və həbsxanalardan qatillər Ermənistana qaçır və burada cəzasız dolaşırlar. Niyə biz hər kəsə Qarabağdan Ermənistana getməyə icazə veririk?

Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Stepanakert merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir və onlar Ermənistanda kef edirlər?”

Bloger həmçinin sual edir ki, Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər: “İnsanlar cinayət məsuliyyətinə cəlb olunur, adam öldürməkdə ittiham olunur və eyni zamanda sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilər?”

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko Rusiyanın işğalçılığını ifşa edəcək

redaktor

Azərbaycanı sümürənlərdən biri Mixail Zabelin nə işə yarayır?

admin

Fransada azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşırlar – VİDEO

redaktor