16 C
Bakı
27 Sentyabr 2025 01:43
Siyasət

Rusiya xüsusi xidmət orqanları Paşinyanın devrilməsinə hazırlaşıb?

 

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət təhlükəsizlik xidmətinin rəhbəri Sarkis Ovannisyanı vəzifəsindən azad edib. Onun səlahiyyətlərini departament rəhbərinin müavini Artur Qasparyan yerinə yetirəcək.

Tacxeber.com “haqqın.az”a istinadən xəbər verir ki, kadr dəyişikliyinin səbəbləri barədə məlumat verilmir.

Ovanisyan cəmi 4 ay əvvəl, bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Onun vəzifəsindən azad edilməsi “Vaqner” özəl hərbi şirkətinin muzdlularının iştirakı ilə Kremlin İrəvanda planlaşdırdığı dövlət çevrilişi barədə məlumatların yayılması fonunda baş verib.

Ovannisyanın özü də Paşinyanın komandasının üzvü deyil, o, Serj Sarkisyan hakimiyyəti dövründən dövlət təhlükəsizlik xidmətində işləyir.

Qeyd edək ki, Sarkis Ovannisyan 1968-ci ildə İrəvanda anadan olub. Əfqanıstanda xidmət edib, sonra 1990-1992-ci illərdə Azərbaycana qarşı müharibədə iştirak edib. Sonralar o, Ermənistan Prezidentinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin edən şöbədə çalışıb, dövlət təhlükəsizlik orqanlarında mühafizəçidən şöbə rəisinə qədər vəzifələr tutub.

Tacxeber.com

Oxşar xəbərlər

Üçtərəfli görüşdə hansı qərar qəbul edilib? – Nyu-Yorkdan son xəbər

redaktor

İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir – Elxan Şahinoğlu

admin

Braziliya lideri: “Əvvəlki kimi ABŞ-dan asılı deyilik və onun öz siyasətini diktə etməsinə imkan verməyəcəyik”

redaktor