Dünya

Ramzan Kadırovun nümayəndəsi bu şəhərdə HƏBS EDİLDİ

 

Çeçenistan Respublikasının rəhbərinin nümayəndəsi Albert Romanov Kalininqradda istintaq təcridxanasına salınıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Cinayət Məcəlləsinin 4-cü hissəsi ilə cinayət törətməkdə ittiham olunan Albert Ruslanoviç Romanovu saxlayıblar. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291.1-ci maddəsi (“Xüsusilə böyük miqyasda rüşvətxorluqda vasitəçilik”). O, Moskvaya köçürülüb, orada Basmannı məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarı qüvvəyə minib”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, Romanov Rostov vilayət məhkəməsinin keçmiş sədri Yelena Zolotareva, onun keçmiş müavini Tatyana Yurova və məhkəmə şöbəsinin müdiri Andrey Roşçevskiyə rüşvət verilməsində vasitəçi hesab olunur.

Tacxeber.com

Oxşar xəbərlər

20 il əvvəl Maskın Rusiyadan raket almağa imkanı olmayıb?

redaktor

Zelenski İstanbulda yalnız Putinlə görüşəcəyini deyir, Kreml isə, hələlik, heyəti açıqlamır

admin

“Pulumuzu Ukraynaya verməyəcəyik” – Orban

admin