26 C
Bakı
24 Avqust 2026 00:57
Dünya

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

Hindistan hökuməti hələ rəsmi olaraq ölkənin adını dəyişməyib, lakin artıq G20 sammitində yeni adla iştirak edir.

Ölkənin Baş naziri Narendra Modinin qabağında ölkənin yeni adı yazılmış lövhə diqqət çəkib.

Qeyd edək ki, hökumətin bununla bağlı planları sentyabrın 5-də məlum olub. Fakt budur ki, ölkənin qədim zamanlarda adı Bharat olub. Buna görə də bir çox vətəndaş köhnə adın qorunub saxlanmasının tərəfdarıdır. Onlar Hindistan adını müstəmləkə əsarətinin simvolu hesab edir.

Qətnamə hələ qəbul edilməsə də, Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət Hindistanın deyil, Bharat Prezidentinin adından verilib.

Xatırladaq ki, G20 sammiti sentyabrın 9 və 10-da keçiriləcək. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Kişilər qucaqlaşır, generallar öpüşür. Bu nədir?”

redaktor

Azərbaycan və Özbəkistan: Avrasiyanın yeni strateji körpüsü

redaktor

İranda hazırkı siyasi və inzibati durum barədə…

redaktor