Dünya

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

Hindistan hökuməti hələ rəsmi olaraq ölkənin adını dəyişməyib, lakin artıq G20 sammitində yeni adla iştirak edir.

Ölkənin Baş naziri Narendra Modinin qabağında ölkənin yeni adı yazılmış lövhə diqqət çəkib.

Qeyd edək ki, hökumətin bununla bağlı planları sentyabrın 5-də məlum olub. Fakt budur ki, ölkənin qədim zamanlarda adı Bharat olub. Buna görə də bir çox vətəndaş köhnə adın qorunub saxlanmasının tərəfdarıdır. Onlar Hindistan adını müstəmləkə əsarətinin simvolu hesab edir.

Qətnamə hələ qəbul edilməsə də, Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət Hindistanın deyil, Bharat Prezidentinin adından verilib.

Xatırladaq ki, G20 sammiti sentyabrın 9 və 10-da keçiriləcək. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kobaxidze: “Gürcüstan və Rusiya arasında növbəti görüşlər Tbilisi və Moskvada keçirilə bilər”

redaktor

Bağdad-Ərbil gərginliyi: Kürdlər ABŞ-ın İran planında alətə çevrilir

redaktor

On iki aylıq möhlət

admin