Hadisə

Laçında avtoqəza olub, yaralılar helikopterlə Bakıya gətirilib – VİDEO

 

Sentyabr ayının 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

 

Oxşar xəbərlər

İnternetdə qadınla tanış olan kişi əsir düşüb və çoxsaylı işgəncələrə məruz qalıb…

redaktor

Cavanşir Feyziyev bu vəzifədən kənarllaşdırıldı.

admin

Nura Suri 10 il həbs cəzası verilən Məhəmməd üçün kömək istədi

redaktor