Siyasət

Erməni spiker Mariya Zaxarovanı “hansısa katibə” adlandırdı

 

“Deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, suallar çoxdur, cavab yoxdur. Bu suallardan başlıcası belədir: Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni Laçın yolu ilə sərbəst hərəkəti təmin etməyə hazırlaşırmı?”

Bunu News.am-a müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, Simonyan bildirib, ki, o, “hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyil”./APA

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Türkiyəyə qarşı: yeni savaş qapıdadır

redaktor

Koenin gəldi, Rusiya səfirini geri çağırdı – Ermənistan ətrafında nə baş verir?

admin

“Kənar qüvvələr” Ermənistana girir: İran niyə susur?

admin