12 C
Bakı
28 Mart 2026 14:47
İdman

“Parisdə Messi ilə mən cəhənnəmdəki kimi idik”

Braziliyalı futbolçu Neymar argentinalı Lionel Messi ilə birlikdə PSJ-də çıxış etdiyi vaxtları xatırlayıb.

Qol.az xəbər verir ki, 31 yaşlı forvard “Globo” telekanalına müsahibəsində Paris təmsilçisində Messiyə qarşı haqsızlıq edildiyini düşündüyünü deyib:

“Messi keçən mövsüm sikkənin hər iki tərəfini gördü. O, Argentina yığması ilə dünya çempionatını qazanaraq cənnətə getdi, Parisdə isə cəhənnəmə keçdi. Parisdə Messi ilə mən cəhənnəmdəki kimi idim.

Biz əsəbiləşirdik, çünki ən yaxşı tərəfimizi göstərmək, çempion olmaq istəyirdik. Ona görə birləşmişdik. Tarix yazmağı planlaşdırırdıq. Təəssüf ki, bacara bilmədik. Fikrimcə, Parisdə Messiyə qarşı haqsızlıq edilib, futbol nöqteyi-nəzərindən o, belə münasibətə layiq deyildi”.

Qeyd edək ki, 31 yaşlı Neymar PSJ-də 6 mövsüm keçirib, 5 dəfə Liqa 1 çempionu olub. O, bu ilin yayında Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə 2 illik müqavilə imzalayıb. Messi isə bu ilin yayında “İnter Mayami”yə keçib.

Tacxeber.com

Oxşar xəbərlər

Fransada 3 qol – Video

admin

“Məcbur qalıb küçədə diləndik” – “Barselona”nın ulduzu

redaktor

Messinin həyat yoldaşı oğlunun dəftərindəki yazıları paylaşdı: “Çempion olmağımızı istəyirəm” – FOTO

redaktor