İdman

Jidkov Azərbaycana qayıdır.

Azərbaycan futbolunun tanınmış veteranlarından olan Aleksandr Jidkov uzun müddətdən sonra yenidən ölkəmizə qayıdır.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, “Neftçi”nin və milli komandamızın sabiq qapıçısı ölkə klublarından birində çalışacaq.

O, birinci divizionun debütantı “İrəvan” klubu ilə razılığa gəlib. Jidkov bu komandada qapıçılarla işləyən məşqçi olacaq.

Qeyd edək ki, İrəvanın baş məşqçisi Nazim Süleymanovdur. Çox güman ki, Jidkovu da klubda işləmək üçün o, dəvət edib.

Tacxeber.com

Oxşar xəbərlər

2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

admin

Qurban Qurbanov: Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik

redaktor

İrəvandakı bugünkü oyunda türk azarkeşlər olacaqmı ?

admin