29 C
Bakı
14 Avqust 2025 19:39
Gündəm

“İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”

“Macarıstanla Azərbaycan arasında dostluq iqtisadi vəziyyətdən asılı deyil. Macarıstan Azərbaycanın təbii qaz mənbələri aşkarlanmazdan daha əvvəl bu ölkə ilə dostluq edib”.

Tacxeber.com “haqqin.az”a istinadən xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Yadımdadır ki, 2010-2011-ci illərdə Azərbaycanla münasibətlər qurmağa başladıqda Avropada bizə yuxarıdan aşağı baxırdılar. Buna görə də, indi Qərbi Avropa liderlərinin Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”, – deyə Siyarto qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

CHP-də XAOS BAŞLADI – Partiya üzvlərindən Kılıçdaroğluna SƏRT ETİRAZ

redaktor

“Euronews” qəzaya uğrayan təyyarənin ekipajından yazdı: Qəhrəman kimi…

redaktor

Kəmaləddin Heydərovla dəfələrlə görüşmüşəm – Bəxtiyar Hacıyevdən səs yazısı barədə açıqlama

admin