28 C
Bakı
11 Avqust 2025 19:00
Cəmiyyət

Ramiz Məlik: “Məni narahat etməyə ehtiyac yoxdur”

 

Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.

Bu barədə Oxu.Az-a tanınmış aktyorun özü məlumat verib.

“Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda yaxşıyam. Hər şey qaydasındadır. Müalicələrimi də davam etdirirəm. Məni narahat etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, bu günlərdə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşmışdı. R.Məlikin xeyli çəki itirməsi diqqətləri cəlb edib.

Xatırladaq ki, 79 yaşlı Xalq artisti uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 2023-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Eldar Əzizov: “Hadisə baş verən tunel ADY-nin balansındadır, prokurorluq tərəfindən araşdırma aparılır”

redaktor

Daha bir məmurumuz külli miqdarda qızılla tutuldu.

admin

“Qadın həkim də hər kişi xəstəsi ilə siğə etməlidir?..” Din

admin