10 C
Bakı
27 Mart 2026 06:15
Dünya

Paşinyan: “İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir”

“Rusiya sülhməramlı qüvvələri Üçtərəfli Bəyanatda onlara həvalə edilmiş missiyanı yerinə yetirmir və bu, ciddi narahatlıq doğurur”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistan ictimaiyyəti KTMT-nin davranışından dərin məyusluq yaşayır və məhz bu səbəbdən İrəvan 2022-ci ildə KTMT-nin payız sammiti zamanı bir sıra sazişləri ratifikasiya etməyib.

Paşinyan, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də Qarabağ probleminin həllinə Avropa İttifaqı və Qərb tərəfindən artan maraq və fəallığın müşahidə olunduğunu vurğulayıb.

“Hazırda İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir. Danışıqlar prosesi aktivdir, lakin mürəkkəb məsələlər həll olunmamış qalır”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə hərbi bazası atəşə tutuldu

redaktor

“Storm Shadow” raketləri müharibənin gedişini dəyişəcəkmi?” – “The Times”

admin

Avropa son 500 ilin ən şiddətli quraqlığını yaşayır

redaktor