İdman

Musa oynadı, “Yurqorden” qalib gəldi.

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 22-ci tur oyununa çıxıb.

Komanda “İFK Norrkoepinq”in qonağı olub. Matç “Yurqorden”in qələbəsi ilə başa çatıb – 2:0. Start heyətdə meydana çıxan Musa 90+4-cü dəqiqədə əvəzlənib.

“Yurqorden” bu nəticədən sonra 40 xalla 4-cü pillədə qərarlaşıb.

“Yurqorden” – “İFK Norrkoepinq” – 2:0

Qollar: Numan, 63-avtoqol, Radetinak, 76

Xatırladaq ki, M.Qurbanlı 21-ci turda “Deqefors”a qarşı matçda dubl edib və 1 qolun ötürməsini verib. (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah” “Araz-Naxçıvan”ın məğlubiyyətsizlik seriyasına son qoya bildi.

admin

Marselo “Qarabağ”la oyunda debüt edə bilər

admin

“Lobanovski Şevçenkonu 7 milyona satmadı ” – Aqil Abbas

admin