25 C
Bakı
23 İyun 2025 15:07
Cəmiyyət

Misir Mərdanov Çingiz Abdullayevin müdafiəsinə qalxdı.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial medianın Azərbaycan seqmentində qınanılmaqdan, tənqid olunmaqdan, hücumlara məruz qalmaqdan bezdiyini deyərək, ölkədən getmək istədiyini bildirib.

Bəzi tanınmış simalar Çingiz Abdullayevə olan hücumları pisləyiblər.

Keçmiş təhsil naziri Misir Mərdanov da Çingiz Abdullayevin müdafiəsinə qalxıb.

“Dəfələrlə şahid olmuşam ki, Çingiz müəllim Qarabağ məsələsi ilə bağlı ən yüksək səviyyələrdə Rusiya rəhbərliyinin iştirak etdiyi tədbirlərdə Azərbaycanın mövqeyini müdafiə edib, ruslara ciddi iradlarını bildirib”, – deyən Misir Mərdanov Xalq yazıçısını qınayanlarla razılaşmadığını vurğulayıb.

Qeyd edək ki, Ç.Abdullayevi sosial şəbəkələrdə qınayanlar onu Bakı ləhcəsində yarırus-yarıazərbaycanca danışmaqda ittiham edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda iş qadınının alfons sevgilisi – Oğlana günə 400 manat verirdi ki ərim ol.

admin

Gürcüstan prezidenti

admin

“Oxumuram!” və ya “Oxutmuram!”

admin