28 C
Bakı
11 Avqust 2025 21:32
Hadisə

Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” — VİDEO

Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib.

Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb:

“Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni saatlarla sürüyərək çıxardılar”.

Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb:

“Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi bilməyiblər. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam, təlimdə yıxılmışam”.

Tacxeber.com

Oxşar xəbərlər

Elmira Süleymanova vəfat etdi.

admin

İnsanları aldadan şirkət rəhbərləri saxlanıldı – Polisdən MÜRACİƏT – VİDEO

redaktor

İran prezidentinin helikopterinin partlamasının əsil səbəbi bəlli oldu – Rəsmi

admin