24 C
Bakı
24 İyun 2025 19:42
Dünya

Paşinyan ölən əsgərləri “saya” bilmədi

Paşinyan bu gün ölən əsgərləri “saya” bilmədi

Ermənistan Baş naziri Nikol Paşinyan erməni təxribatı nəticəsində keçən gün sərhəddə başlayan toqquşma barədə paylaşım edib.

Tacxeber.comxəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Nikol Paşinyan öz təxribatını ört-basdır etmək üçün Azərbaycanı ittiham edib və “Ermənistanın ərazi bütövlüyündən” bəhs edib.

Maraqlıdır ki, Paşinyan paylaşımında toqquşma nəticəsində 3 erməni əsgərinin öldüyünü, 2 nəfərin isə yaralandığını bildirib. Halbuki Ermənistan Müdafiə Nazirliyi 4 erməni əsgərin məhv edildiyini təsdiqləyib, hətta ölənlərin adını da açıqlayıb, erməni mediası isə məhv edilənlərin dosyesini və fotolarını yayıb.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri ilə 4 erməni əsgər – Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan – məhv edilib, bir erməni əsgər yaralanıb./Axar.az

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur rus deputat hərbi xidmətə çağırıldı

redaktor

Bu qəzet dindarları qəzəbləndirdi – Ramazanla bağlı ŞOK FOTO

redaktor

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır

redaktor